​Türkiyədən Rusiyaya meyvə-tərəvəz ixracı artıb

​Türkiyədən Rusiyaya meyvə-tərəvəz ixracı artıb 2014-cü ilin yanvarında ixracat bazarında Türkiyə 7-ci yerdə idisə, bu il 9-cu olub
Region
11 Fevral , 2015 14:21
​Türkiyədən Rusiyaya meyvə-tərəvəz ixracı artıb

Bakı.11 fevral. REPORT.AZ/ Türkiyədən Rusiyaya mal ixracartı azalıb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, 2014-cü ilin yanvarında Rusiyaya 466 milyon 153 min dollarlıq mal ixrac edilmişdisə, bu ilin yanvarında 32,45 % azlaraq, 314 milyon 901 min dollar təşkil edib.

Məlumatda bildirilib ki, 2014-cü ilin yanvarında dünya ixracat bazarında Türkiyə 7-ci yerdə olub. Bu ilin eyni dövründə isə 9-cu yerə enib. Ötən ilin yanvar ayı ilə müqayisədə ölkənin ixracatı 9,8 % azalaraq, 10 milyard 803 milyon 970 min dollar olub.

Rusiyaya təzə meyvə və tərəvəz ixracatı isə ötən illə müqayisədə 40,4 % artıb. 2014-cü ilin birinci ayında 59 milyon 386 min dollarlıq meyvə-tərəvəz göndərildiyi halda, 2015-ci ilin yanvar ayında bu rəqəm 83 milyon 162 min dollar olub.

Son xəbərlər

Orphus sistemi