Yuxarı
    Bağlamaq

    Türkiyədən qaçan şübhəlilər 3 aydan sonra vətəndaşlıqdan çıxarılacaqlar

    Ədliyyə Nazirliyi onların ölkəyə dönməsi ilə bağlı çağırış edəcək

    Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyənin Ədliyyə Nazirliyi müxtəlif cinayətlərdə şübhəli bilinən və xarici dövlətlərdə gizlənən şəxslərin ölkəyə qayıtmaları ilə bağlı çağırış ediləcək.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, nazirlik bu çağırışı 2017-ci il yanvarın 6-da qəbul edilən Qanun Hökmündə Qərar çərçivəsində edəcək və çağırışdan 3 ay ötəndən sonra həmin şübhəlilər Türkiyəyə dönməsələr vətəndaşlıqdan çıxarılacaqlar.

    Bu, Türkiyə Cinayət Məcəlləsinin dövlətin birliyini və ölkənin bütövlüyünü pozmaq, konstitusiyanı pozmaq, prezidentə qarşı sui-qəsd və əməli hücum etmək, qanunverici orqana qarşı cinayət törətmək, hökumətə qarşı cinayət törətmək, Türkiyə Respublikası hökumətinə qarşı silahlı qiyam, silahlı qruplaşmada iştirak etmək və qanunsuz silah saxlamaq maddələri ilə ittiham olunanlara şamil ediləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi