Yuxarı
    Bağlamaq

    Türkiyədən İsrailə ilk nümayəndə heyəti gedəcək

    Səfərdə məqsəd azad ticarət sahəsində razılaşmanı genişləndirməkdir

    Bakı. 11 yanvar. REPORT.AZ/ Fevralın 7-8-də Türkiyədən ilk nümayəndə heyəti İsrailə səfər edəcək.

    “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. 

    Məlumata görə, səfərdə məqsəd azad ticarət sahəsində razılaşmanı genişləndirməkdir.

    Xatırladaq ki, Türkiyə və İsrail nümayəndələri münasibətlərin normallaşması haqqında sazişi iyun ayında imzalayıb. Müqaviləyə əsasən, İsrail 2010-cu ildə baş vermiş və iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olan "Mavi Mərmərə" gəmisi ilə bağlı hadisə ilə əlaqədar Türkiyəyə 20 milyon dollar təzminat ödəmək məcburiyyətində qalıb.

    Qeyd edək ki, hər iki dövlətin bir-brində səfirliyi və səfirləri fəaliyyət göstərir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi