Yuxarı

Türkiyədən Gürcüstana BTQ ilə ilk yük daşınması həyata keçiriləcək

Türkiyədən Gürcüstana BTQ ilə ilk yük daşınması həyata keçiriləcək

Sabah Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük daşınması həyata keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan dəmir yolları” SC məlumat yayıb.

Yüklə dolu beş vaqon Türkiyənin Ərzurum şəhərindəki loqistika mərkəzindən yola salınacaq.

Yük qatarının qarşılanma mərasimində “Gürcüstan dəmir yolları” SC-nin baş direktoru Davit Peradze iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi