​Türkiyədən Braziliyaya hərəkət edən sərnişin təyyarəsi Kasablankaya məcburi eniş edib

​Türkiyədən Braziliyaya hərəkət edən sərnişin təyyarəsi Kasablankaya məcburi eniş edib İstanbul-San Paolo aviareysini həyata keçirən təyyarədə "bomba" sözü yazılmış kağız parçası tapılıb
Region
30 Mart , 2015 19:01
​Türkiyədən Braziliyaya hərəkət edən sərnişin təyyarəsi Kasablankaya məcburi eniş edib

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında "Türk Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsi Mərakeşin paytaxtı Kasablanka şəhərinə məcburi eniş edib.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Türkiyənin İstanbul şəhərindən Braziliyanın San Paolo şəhərinə hərəkət edən "Boeing B777" təyyarəsində partlayıcı qurğunun yerləşdirilməsi ehtimalı olub.

Belə ki, ekipaj üzvləri təyyarənin tualet bölməsində "bomba" sözü yazılmış kağız parçası tapıblar. Nəticədə pilot təyyarəyə partlayıcı maddənin yerləşdirilməsi ehtimalını nəzərə alaraq, hava gəmisini saat 17:30-da Kasablanka hava limanına endirib. Artıq lazımi təhlükəsizlik tədbirləri görülüb, təyyarənin içərisində və yük yerində yoxlamalar aparılacaq.

Qeyd edək ki, ötən gün də İstanbul-Tokio aviareysini həyata keçirən "Türk Hava Yolları" şirkətinə məxsus daha bir sərnişin təyyarəsinin tualet bölməsində "C-4 kargo" yazısı tapılıb. Nəticədə eyniadlı partlayıcı maddənin təyyarədə ola biləciyindən ehtiyatlanan pilot hava gəmisini İstanbulun Atatürk Hava Limanına endirib. Aparılan yoxlama nəticəsində heç bir partlayıcı aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi