Yuxarı

​Türkiyədəki "Xocalı şəhidləri parkı"nın lövhəsi hücuma məruz qalıb

Turqutlu rayon bələdiyyəsinin sədri bu hadisəni qınadığını bəyan edib

Bakı. 7 aprel. REPORT.AZ/ Türkiyənin Turqutlu rayonunda yerləşən "Xocalı Şəhidləri Parkı"ndakı lövhə naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb.

"Report" "Turqutlumanset"ə istinadən xəbər verir ki, bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Turqay Şirin bildirib.

Onun sözlərinə görə, parkın lövhəsinin bəzi hissələri cırılıb, Türkiyə bayrağı isə yerə atılıb. O bu hadisəni qınadığını bəyan edib.

Xatırladaq ki, bu park 2015-ci il fevralın 27-də yerli bələdiyyə şurasının qərarı ilə rayonun Turqutlar məhəlləsinin Özgün küçəsində açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi