Bakı. 7 iyul. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətində polis əməkdaşlarını aparan zirehli maşın aşıb, 7 nəfər xəsarət alıb. “Report” “Habertük”ə istinadən xəbər verir ki, qəza bu gün Hakkari-Van yolunda baş verib.
Yaralanan polislər hadisə yerinə cəlb olunmuş təcili tibbi maşınla Hakkari dövlət xəstəxanasına çatdırılıblar.
Qeyd olunur ki, zirehli maşın sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.