Yuxarı

Türkiyədə zəncirvari yol qəzası baş verib: 3 ölü, 2 yaralı

Yaralılar Kocaeli Dövlət Xəstəxanasına yerləşdirilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Türkiyədə zəncirvari yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, hadisə Kocaeli şəhərində qeydə alınıb. Belə ki, sürücü yüksək sürətlə idarə etdiyi avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Bundan sonra isə onun arxasınca gələn digər nəqliyyat vasitələri aşmış avtomobilə çırpılıb.

Qəza zamanı 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hadisə yerinə polis və təcili yardım və xilasedicilər çağırılıb. Xilasedicilər deformasiyaya uğramış avtomobillərdən birinin içində sıxılıb qalmış sürücünü və sərnişini xilas ediblər.

Yaralılar Kocaeli Dövlət Xəstəxanasına yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi