Yuxarı

Türkiyədə zəlzələ qurbanlarının sayı 38 nəfərə çatıb - YENİLƏNİB-4

​Türkiyədə zəlzələ qurbanlarının sayı 38 nəfərə, xəsarət alanların say 852

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya isə ciddi ziyan dəyib.  

Bildirilib ki, xilasedicilər dağıntılar altından 45 nəfəri xilas ediblər. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.


***16:22

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 36 nəfərə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.  

Qeyd edilir ki, xilasedicilər dağıntılar altından 45 nəfəri xilas ediblər. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.


***13:02

Türkiyənin şərqində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 35 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə NTV telekanalı xəbər verib.

Telekanal qeyd edib ki, Elazığda yaşayış binasının dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb. Xilasedicilər dağıntılar altından 45 nəfəri sağ çıxarıblar. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb. 

Daha əvvəl zəlzələ zamanı 31 nəfərin həlak olduğu, 1466 nəfərin xəsarət aldığı bildirilirdi.  

Türkiyədə 6,8 bal gücündə zəlzələ cümə günü, Bakı vaxtı ilə saat 21:55-də baş verib. Zəlzələdən sonra 228 yeraltı təkan qeydə alınıb.  


***03:49

Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində azı 31 nəfər həlak olub.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, təbii hadisə zamanı daha 1466 nəfər yaralanıb. Məlumata görə, dağıntılar altından 41 nəfər çıxarılıb. 

Daha əvvəl təbii hadisə nəticəsində 29 nəfərin həlak olduğu bildirilirdi. 

Qeyd edək ki, ötən gün Türkiyədə növbəti zəlzələ baş verib. Yeraltı təkanlar Manisa vilayətində, Akhisar rayonunda, 4,1 bal gücündə qeydə alınıb. 


***21:18

Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində azı 29 nəfər həlak olub, daha 1466 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə TRT telekanalı Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, xilasedicilər dağılmış evlərin uçqunları altından azı 43 nəfəri xilas ediblər.

Daha əvvəl təbii hadisə nəticəsində 22 nəfərin həlak olduğu, 1243 nəfərin xəsarət aldığı bildirilirdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi