Yuxarı

Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı 39-a çatıb - YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı 39-a çatıb - YENİLƏNİB
© NTV

Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyənin Adıyaman əyalətinin Samsat rayonunda baş verən zəlzələ nəticəsində yaralananların sayı 39-a çatıb. 

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində rayon mərkəzində və kəndlərdə evlər dağılıb. 

Türkiyənin baş naziri Binəli Yıldırım zəlzələ nəticəsində insan tələfatının olmadığını bildirib.

*** 09:09

Türkiyənin Adıyaman şəhərində 5,5 bal gücündə zəlzələ olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı ölkənin Təbii Fəlakət və Fövqəladə Hallar Nazirliyi yayıb.

Yeraltı təkanlar 9,17 km dərinlikdə qeydə alınıb. Təbii fəlakət nəticəsində 13 nəfər yaralanıb.

Hadisə barədə hələlik əlavə məlumat yayılmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi