Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub Çanaqqala əyalətinin Bademli rayonunda 4,9 bal və 4 gücündə iki dəfə zəlzələ baş verib
Region
1 Mart , 2017 09:38
Türkiyədə zəlzələ olub

Bakı. 1 mart. REPORT.AZ/ Türkiyənin Çanaqqala əyalətinin Bademli rayonunda 4,9 və 4 bal gücündə iki dəfə zəlzələ olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu məlumat yayıb.

İnformasiyaya əsasən, yeraltı təkanların ocağı 6,9 km dərinlikdə yerləşib.

Məlumata görə, əyalətin Ayvacık rayonunda isə 3,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanın ocağı 8,2 km dərinlikdə yerləşib.

Bölgədə zəif gücdə yeraltı təkanlar davam edir. 

İngilis versiyası Earthquake hits Turkey

Son xəbərlər

Orphus sistemi