Bakı. 17 may. REPORT.AZ/ Türkiyənin Elazığ əyalətinin Karakoçan rayonunda TIR-la sərnişin avtobusunun toqquşması nəticəsində bir nəfər ölüb, 30 nəfər yaralanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə Elazığ-Bingöl avtomobil yolunda baş verib.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.