Yuxarı

Türkiyədə yenidən güclü zəlzələ olub - VİDEO

Türkiyədə yenidən güclü zəlzələ olub 672

Türkiyənin Manisa şəhərində 5.1 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, məlumatı Kandilli Rəsətxanası yayıb. 

Zəlzələ bu gün yerli vaxtla 14:26-da baş verib.

Yeraltı təkanların episentri Manisanın Kırkagac rayonunda 9.1 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. 

Zəlzələ İzmir bölgəsində də hiss olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi