Yuxarı

Türkiyədə yeni seçilən millət vəkillərinin andiçmə günü açıqlanıb

Böyük Millət Məclisi iyunun 23-də toplanır

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin 25-ci çağırışının millət vəkilləri iyunun 23-də and içəcəklər.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, partiyalar üzrə andiçmə belə sıralanacaq: Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CXP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Xalqların Demokratik Partiyası (HDP).

Qeyd edək ki, 25-ci çağırış Türkiyə Böyük Millət Məclisində AKP 258, CXP 132, MHP 80, HDP 80 millət vəkili ilə təmsil olunacaq. Məclis 550 deputatdan formalaşır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi