​Türkiyədə yaşlı ər-arvada basqın edən ermənilərdən ibarət qrup tutulub - FOTO

​Türkiyədə yaşlı ər-arvada basqın edən ermənilərdən ibarət qrup tutulub - FOTO Onlardan biri Türkiyə vətəndaşıdır
Region
11 Fevral , 2016 14:35
​Türkiyədə yaşlı ər-arvada basqın edən ermənilərdən ibarət qrup tutulub - FOTO

Bakı. 11 fevral. REPORT.AZ/ İstanbulun Şişli rayonunda erməni ailəsini qarət edib, ailə üzvlərindən birini qətlə yetirməkdə şübhəli bilinən Ermənistan vətəndaşları tutulub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tutulan 8 nəfər - A.Artur, E.Aram, E.Sergey, B.Mairanna, E, Lida, B.Nərgiz, M.Armine, M.Kristina erməni etnik qrupunun nümayəndələridir. Onlardan biri Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, fevralın 6-da onlar Şişlidə erməni ər-arvadın evinə basqın edib. Pul və qızıl-zinət əşyalarını oğurlayıblar. Sonra yaşlı ər-arvadı donuz ipi ilə bağlayıblar. 87 yaşlı kişi Hakop Demirçi ölüb. Xilasedicilər onun həyat yoldaşı 79 yaşlı Ayda Demirçini çətinliklə də olsa həyata qaytara biliblər. 

Yaşlı erməni ailəsini evindən basqınçılar 1 mln. türk lirəsi (350 min ABŞ dollar), 10 min dollar və qol saatı götürüblər.

Son xəbərlər

Orphus sistemi