Yuxarı

​Türkiyədə vurulan Pilotsuz Uçan Aparatın hansı ölkədə istehsal olunduğu açıqlanıb

Əhməd Davudoğlu: Aparatın Bəşşar Əsəd güclərinə, kürd silahlılarına və ya başqa qüvvələrə aid olduğu istisna edilmir

Bakı. 19 oktyabr. REPORT.AZ/ Türkiyənin hava məkanında vurulan Pilotsuz Uçan Aparat (PUA) Rusiyada istehsal olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

O deyib ki, aparatın Bəşşar Əsəd güclərinə, kürd silahlılarına və ya başqa qüvvələrə aid olduğu istisna edilmir.

Qeyd edək ki, oktyabrın 16-da Türkiyənin Hərbi Hava Qüvvələri ölkənin hava məkanında hansı ölkəyə məxsus olduğu bilinməyən PUA vurublar. Məlumata görə, PUA Türkiyənin Kilis bölgəsinin Deliosman kəndinə düşüb.

Xəbərdə bildirilib ki, bu hava qurğusu terrorçu PKK-nın Suriyadakı qolu "PYD"nin ("Demokratik Birlik Partiyası") nəzarəti altında olan ərazidən Türkiyə sərhədinə keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi