​Türkiyədə üç nazir vəzifəsindən istefa verəcək

​Türkiyədə üç nazir vəzifəsindən istefa verəcək Onların yerinə başqa şəxslər təyin olunub
Region
3 Mart , 2015 10:11
​Türkiyədə üç nazir vəzifəsindən istefa verəcək

Bakı. 3 mart. REPORT.AZ/ Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan, daxili işlər naziri Əfkan Ala martın 6-da tutduqları vəzifələrdən istefa verəcəklər.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Portuqaliyaya rəsmi səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin tarixdən ədliyyə naziri postunu Kənan İpək, daxili işlər naziri vəzifəsini Sabahattin Öztürk tutacaq, gəmiçilik və kommunikasiyalar naziri isə Feridun Bilgin olacaq.

Xatırladaq ki, vəzifələrindən azad edilən namizədlər iyunun 7-də keçiriləcək parlament seçkilərində namizəd olaraq iştirak edəcəklər. Ölkə qanunlarına əsasən, millət vəkilliyinə namizədliyi irəli sürülən hökumət üzvləri və məmurlar martın 6-dək (seçkilərə 3 ay qalmışadək) tutduqları vəzifədən istefa verməlidir.

Son xəbərlər

Orphus sistemi