Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 23 nəfər ölüb, 11 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 23 nəfər ölüb, 11 nəfər yaralanıb - YENİLƏNİB İlkin ehtimala görə, avtobusun əyləc sistemi sıradan çıxıb
Region
13 May , 2017 16:12
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 23 nəfər ölüb, 11 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 13 may. REPORT.AZ/ Türkiyədə turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 23 nəfər ölüb, 11 nəfər yaralanıb. 

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Muğla valisi Amir Çiçek məlumat verib. 

Onun sözlərinə görə, qəza nəticəsində avtobusdakı hadisə yerində 17 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Ancaq daha sonra yaralılardan üçü xəstəxanaya aparılarkən yolda ölüb. Avtobus 20 metrdən aşağı yoldakı bir avtomobilin üzərinə düşüb. Nəticədə həmin avtomobildə olan daha 3 nəfər dünyasını dəyişib. Hazırda 11 yaralının da vəziyyəti ağırdır".

A.Çiçek deyib ki, ölənlər arasında xarici turistlər yoxdur: "Avtobusdakı turist qrupunun əksəriyyəti qadın və uşaqlardan ibarət olub. Onlar İzmirdən Marmarisə gedirmişlər".

İlkin ehtimala görə, avtobusun əyləc sistemi sıradan çıxıb. 

Faktla bağlı araşdırma aparılır.  

*** 14:07

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb. 

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Muğla-Antalya avtomobil yolunun Sakarkeçidi ərazisində baş verib. 

Muğla valisi Amir Çiçek mikroavtobusun uçuruma yuvarlanması nəticəsində 17 nəfərin öldüyünü, 13 nəfərin isə yaralandığını açıqlayıb. 

Hadisə yerinə təcili yardım və xilasedici briqadaları cəlb olunub.

Məlumatda həmçinin qeyd olunub ki, yaralılardan üçü xəstəxanaya aparılarkən yolda ölüb. Bununla da ölənlərin sayı 20 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi