Türkiyədə toyda baş verən partlayışın görüntüləri yayılıb - VİDEO

Türkiyədə toyda baş verən partlayışın görüntüləri yayılıb - VİDEO İnsident mərasimin qızğın anında qeydə alınıb
Region
21 Avqust , 2016 11:58
Türkiyədə toyda baş verən partlayışın görüntüləri yayılıb - VİDEO

Bakı. 21 avqust. REPORT.AZ/ Türkiyənin Qaziantep şəhərində toy mərasimində baş verən partlayışın görüntüləri yayılıb.

"Report" xəbər verir ki, videodan partlayışın mərasimin ən qızğın anında törədildiyi müşahidə olunur.

Partlayış baş verən kimi zalda çaxnaşma yaranıb, qonaqlar hara qaçacaqlarını bilməyiblər. Həmçinin müəssisənin çıxışı dar olduğundan, insanların təxliyə olunmasında bəzi çətinliklər yaranıb.

Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. Bombanı terrorçu-kamikadzenin işə saldığı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi