​Türkiyədə terrorçunu qəbiristanlıqda basdırmağa imkan verməyiblər

​Türkiyədə terrorçunu qəbiristanlıqda basdırmağa imkan verməyiblər Onun dəfnində az sayda yaxını iştirak edib
Region
2 Aprel , 2015 17:06
​Türkiyədə terrorçunu qəbiristanlıqda basdırmağa imkan verməyiblər

Bakı. 2 aprel. REPORT.AZ/ İstanbul prokuroru Mehmet Selim Kirazı qətlə yetirən terrorçulardan biri Şəfəq Yaylanı həmkəndliləri kənd qəbiristanlığında basdırmağa imkan verməyib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin üzvünün cənazəsi Türkiyənin Girəsun mahalının Çanakçı kəndinə aparılıb. Cənazəni aparanlar orada etiraz aksiyası ilə üzləşiblər. Etirazlara baxmayaraq, onu məmləkəti Karabörk kəndinə, ŞəfəqYaylanın evinə apararaq həyətdəki bağçada basdırıblar.

Onun dəfnində az sayda yaxını iştirak edib.

Xatırladaq ki, prokuror martın 31-də İstanbulda vəzifəsini icra edərkən qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi