​Türkiyədə terrorçuluğu dəstəkləyən deputata cinayət işi açılıb

​Türkiyədə terrorçuluğu dəstəkləyən deputata cinayət işi açılıb Prokurorluq onun toxunulmazlığının qaldırılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib
Region
10 Sentyabr , 2015 10:10
​Türkiyədə terrorçuluğu dəstəkləyən deputata cinayət işi açılıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Türkiyədə terrorçu PKK-nın dəstəkçisi, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, deputat Səlahəddin Dəmirtaş barəsində cinayət işi açılıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin Diyarbəkir əyaləti prokurorluğu S.Dəmirtaş barəsində istintaqa başlayıb.

O, "türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlət qurumlarını aşağılamaqda, cinayət işlətməyə təhrikdə, terrorçu qrupları dəstəkləyib, onları təbliğ etməkdə, Türkiyə prezidentini təhqir etməkdə" ittiham olunur.

Xəbərdə bildirilib ki, prokurorluq S.Dəmirtaşın deputat toxunulmazlığının qaldırılması üçün Ədliyyə Nazirliyinə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi