Türkiyədə terrorçularla döyüşdə 3 hərbçi şəhid olub, 2-si yaralanıb

Türkiyədə terrorçularla döyüşdə 3 hərbçi şəhid olub, 2-si yaralanıb Türkiyə təhlükəsizlik qüvvələrinin 10 mindən çox əməkdaşı “Bayrak-54” adlı əməliyyat keçirir
Region
31 May , 2017 16:36
Türkiyədə terrorçularla döyüşdə 3 hərbçi şəhid olub, 2-si yaralanıb

Bakı. 31 may. REPORT.AZ/ Türkiyənin Diyarbakır əyalətinin Liçe rayonunda terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 3 hərbçi şəhid olub, 2-si yaralanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib, 1-i yaralanıb.

Qeyd edək ki, mayın 28-dən Türkiyə təhlükəsizlik qüvvələrinin 10 min 73 əməkdaşı Diyarbakır əyalətinin 6 rayonunda, 104 kənd dairəsində “Bayrak-54” adlı əməliyyat keçirir.

Son xəbərlər

Orphus sistemi