​Türkiyədə terrorçularla atışmada 8 hərbçi şəhid olub

​Türkiyədə terrorçularla atışmada 8 hərbçi şəhid olub Atışma zamanı 8 əsgər yaralanıb
Region
13 May , 2016 10:02
​Türkiyədə terrorçularla atışmada 8 hərbçi şəhid olub

Bakı. 13 may. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunun Çığılı bölgəsində terrorçu PKK qruplaşmasının silahlıları ilə hərbçilər arasında baş verən atışma nəticəsində 6 əsgər şəhid olub, 8-i yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Atışma gedən əraziyə terrorçulara qarşı mübarizəyə cəlb edilən helikopterin qəzaya uğraması nəticəsində iki pilot da həyatını itirib. 

Son xəbərlər

Orphus sistemi