Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, biri yaralanıb

Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, biri yaralanıb Əməliyyat nəticəsində 6 terrorçu zərərsizləşdirilib
Region
31 Oktyabr , 2016 17:19
Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, biri yaralanıb

Bakı. 31oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda baş verən atışma nəticəsində 3 hərbçi şəhid olub, biri yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Dağlıca bölgəsində terrorçu PKK qruplaşmasının silahlılarına qarşı əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub.

Məlumata görə, yaralı hərbçi Hakkaridəki xəstəxanaya yerləşdirilib.

Havadan dəstək verilən əməliyyat nəticəsində 6 terrorçu zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi