Yuxarı

Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, 3-ü yaralanıb

Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, 3-ü yaralanıb
Döyüş təyyarələrinin dəstəyi ilə həmin bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində çoxlu sayda terrorçu məhv edilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçu PKK qruplaşmasının silahlıları arasında baş verən atışma nəticəsində 3 hərbçi şəhid olub, 3-ü isə yaralanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, atışma Çukurca rayonundakı Güven dağı ərazisində baş verib.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələrinin dəstəyi ilə həmin bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində çoxlu sayda terrorçu məhv edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi