​Türkiyədə terrorçuların tutulmasına yardım edənlərə mükafat veriləcək

​Türkiyədə terrorçuların tutulmasına yardım edənlərə mükafat veriləcək Məlumat verənin kimliyi gizli saxlanılacaq
Region
31 Avqust , 2015 10:48
​Türkiyədə terrorçuların tutulmasına yardım edənlərə mükafat veriləcək

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyədə terrora qarşı mübarizə qanununa uyğun olaraq müvafiq maddə üzrə təqsirləndirilənlərin tutulmasına kömək edənlərə, onların yerini bildirənlərə, yaxud həmin terorçuların şəxsiyyəti haqda məlumat verənlərə pul mükafatı veriləcək.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi qərar qəbul edib.

Verilən xəbərə görə, mükafatın miqdarı məlumatdan asılı olaraq Mükafat Komissiyası tərəfindən müəyyənləşdiriləcək. Mükfatın məbləği 200 min lirədən (72 min manat) artıq olmayacaq.

Terror qruplaşmasının rəhbərləri, yaxud onun cəmiyyətə vuracağı ziyandan asılı olaraq, mükafatın məbləğı komissiyanın təqdimatı əsasında Daxili İşlər Nazirliyi tərəfindən 20 dəfəyədək artırıla bilər.

Məlumat verənin kimliyi gizli saxlanılacaq. 

Son xəbərlər

Orphus sistemi