Türkiyədə terrorçuların hücumu nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb

Türkiyədə terrorçuların hücumu nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb Hadisə İraqın şimalında Derecik bölgəsində baş verib
Region
16 Noyabr , 2017 17:07
Türkiyədə terrorçuların hücumu nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyə-İraq sərhədində, Hakkari əyalətinin Şemdinli rayonunda 2 hərbçi şəhid olub, biri yaralanıb.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Derecik bölgəsində əməliyyat-axtarış tədbiri həyata keçirən zaman baş verib. 

Belə ki, terrorçu PKK qruplaşması İraqın şimalından əraziyə raket atıb. Yaralı hərbçi hospitala yerləşdirilib. 

Hazırda ərazidə genişmiqyaslı əməliyyat tədbirləri keçirilir. 

Son xəbərlər

Orphus sistemi