Bakı. 8 sentyabr. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasını dəstəkləyən 11 min 500 müəllim işdən azad edilib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhsil Nazirliyi bildirib.
İnfromasiyaya görə, onların separatçı terror qruplaşmasına və onun qollarına dəstəkverici fəaliyyətlə məşğul olduğu təsdqilənib.
Qeyd edək ki, sentyabrın 8-də Türkiyənin baş naziri Binəli Yıldırım Diyabakıra səfəri zamanı etdiyi çıxışda terrorçuları dəstəklədiyi üçün işdən azad olunacaq müəllimlərin sayının 14 minə çatacağını gözlədiklərini bildirib.