Türkiyədə terrorçular yol inşaatçılarına hücum edib, 2 nəfər ölüb, 2-si isə yaralanıb

Türkiyədə terrorçular yol inşaatçılarına hücum edib, 2 nəfər ölüb, 2-si isə yaralanıb Hadisə tikilməkdə olan Dağlıca-Çukurca avtomobil yolunda baş verib
Region
26 Avqust , 2016 15:48
Türkiyədə terrorçular yol inşaatçılarına hücum edib, 2 nəfər ölüb, 2-si isə yaralanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunun Dağlıca qəsəbəsində PKK terrorçularının Yol Tikintisi İdarəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə tikilməkdə olan Dağlıca-Çukurca avtomobil yolunda baş verib.

Yaralılar dövlət xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi