Türkiyədə terrorçular polisə hücum edib, bir nəfər şəhid olub, 3-ü yaralanıb

Türkiyədə terrorçular polisə hücum edib, bir nəfər şəhid olub, 3-ü yaralanıb Terrorçular polis idarəsi yaxınlığındakı rayon xəstəxanasına basqın edərək 2 təcili tibbi yardım maşınını yandırıb
Region
22 Avqust , 2016 10:24
Türkiyədə terrorçular polisə hücum edib, bir nəfər şəhid olub, 3-ü yaralanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin Tunceli əyalətinin Nazmiye rayonunda PKK terrorçularının polis idarəsinə basqını nəticəsində bir polis şəhid olub, 3-ü yaralanıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, yaralı polislərdən birinin vəziyyəti ağırdır.

Məlumata görə, terrorçular polis idarəsi yaxınlığındakı rayon xəstəxanasına basqın edərək 2 təcili tibbi yardım maşınını yandırıb.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən bir qadın terrorçu zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi