Türkiyədə polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB

Türkiyədə polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB Hücum zamanı 5 polis və 1 mülki vətəndaş yaralanıb
Region
19 İyul , 2016 12:45
Türkiyədə polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyənin Trabzon şəhərinin Maçka rayonunda polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 3-ə çatıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, 3-ü polis olmaqla 4 nəfər yaralanıb. 

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları və polis qüvvələri gəlib. 

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam etdirilir. 

*** 11:04

Türkiyədə terrorçular polis məntəqəsinə hücum edib.

"Report" "Haber Türk"ə istinadən xəbər verir ki, Trabzonun Maçka rayonunda yerləşən polis məntəqəsinə təşkil edilən hücum nəticəsində 1 polis əməkdaşı həlak olub.

Məlumata görə, hücum zamanı 4 polis və 1 mülki vətəndaş yaralanıb.

Son xəbərlər

Orphus sistemi