​Türkiyədə terrorçular hərbi vertolyota atəş açıb, bir əsgər yaralanıb

​Türkiyədə terrorçular hərbi vertolyota atəş açıb, bir əsgər yaralanıb Hadisə baş verən ərazi "Kobra" tipli vertolyotlardan atəşə tutulub
Region
10 Avqust , 2015 12:21
​Türkiyədə terrorçular hərbi vertolyota atəş açıb, bir əsgər yaralanıb

Bakı. 10 avqust . REPORT.AZ/ Türkiyənin şərqi Anadolu bölgəsində, İraq və Suriya ilə sərhəddə yerləşən Beytüşşəbap əyalətindən ölkənin Şırnak bölgəsinə əsgərləri aparan "Sikorsky" vertolyotu terrorçu PKK silahlıları tərəfindən raket hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə nəticəsində bir əsgər ağır yaralanıb.

Hadisə baş verən ərazi "Kobra" tipli vertolyotlardan atəşə tutulub. 

Son xəbərlər

Orphus sistemi