Türkiyədə terrorçu qruplaşmalarının 543 üzvü tutulub

Türkiyədə terrorçu qruplaşmalarının 543 üzvü tutulub Onların yaşadıqları yerlərdə aparılan axtarış nəticəsində çoxlu sayda silah-sursat və sənəd aşkarlanaraq götürülüb
Region
13 Aprel , 2017 11:22
Türkiyədə terrorçu qruplaşmalarının 543 üzvü tutulub

Bakı. 13 aprel. REPORT.AZ/ Türkiyənin 21 əyalətində keçirilən anti-terror əməliyyatları nəticəsində 543 şübhəli tutulub.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 412-si terrorçu PKK-nın, 131 isə İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinirlər.

Məlumata görə, onların yaşadıqları evlərdə aparılan axtarışlar nəticəsində çoxlu sayda silah-sursat və sənəd aşkarlanaraq götürülüb.

İnformasiyaya əsasən, anti-terror əməliyyatı aprelin 6-dan 12-dək keçirilib. 

Son xəbərlər

Orphus sistemi