​Türkiyədə terrorçu PKK-nın kamikadzesi tutulub

​Türkiyədə terrorçu PKK-nın kamikadzesi tutulub PKK-nın silahlısı olmaqda şübhəli bilinən 5 nəfər, o cümlədən üç qadın saxlanılıb
Region
1 Fevral , 2016 15:10
​Türkiyədə terrorçu PKK-nın kamikadzesi tutulub

Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyənin Hakkari bölgəsinin Şemdinli rayonunda terrorçu PKK-nın silahlısı olmaqda şübhəli bilinən 5 nəfər, o cümlədən üç qadın saxlanılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda rayonun yerli təhlükəsizlik orqanı məlumat yayıb.

İnformasiyaya əsasən, Şemdinlidə şübhəlilərin olduğu avtomobildə yoxlama aparılıb. Sorğu-sual nəticəsində müəyyən edilib ki, qadınlardan ikisi PKK-nın dağlardakı silahlılarındandır. Onlardan biri isə kamikadze olduğunu etiraf edib. Şübhəlilərdən 4-ü həbs olunub, biri isə ərazini tərk etməmək haqda iltizam verdikdən sonra sərbəst buraxılıb. 

Son xəbərlər

Orphus sistemi