Türkiyədə terrorçu PKK-nın əsas silahlılarından biri məhv edilib

Türkiyədə terrorçu PKK-nın əsas silahlılarından biri məhv edilib O, terrorçu PKK qurplaşmasının Türkiyədə törətdiyi silsilə partlayış və silahlı hücumlarda iştirak edib
Region
14 Noyabr , 2017 16:18
Türkiyədə terrorçu PKK-nın əsas silahlılarından biri məhv edilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının Türkiyədəki əsas silahlılarından olan “Gülbahar” kod adlı Hülya Eroğlu zərərsizləşdirilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 2-də Türkiyənin Şırnak bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində 31 terrorçu məhv edilib. Onların arasında Hülya Eroğlu da olub.

“Gülbahar” Türkiyədə olub, barəsində “qırmızı xət"lə axtarış elan edilən yeganə terrorçu imiş.

O, terrorçu PKK qurplaşmasının Türkiyədə törətdiyi silsilə partlayış və silahlı hücumlarda iştirak edib.

1974-cü ildə Türkiyənin Diyarbakır bölgəsində doğulmuş Hülya Eroğlu qruplaşmanın “idarəetmə şurasının” üzvü olub. 

Son xəbərlər

Orphus sistemi