​Türkiyədə terrorçu PKK-nın daha 42 silahlısı təhlükəsizlik qüvvələrinə təslim olub

​Türkiyədə terrorçu PKK-nın daha 42 silahlısı təhlükəsizlik qüvvələrinə təslim olub Martın 14-dən indiyə qədər bölgədə 437 terrorçu öldürülüb
Region
26 May , 2016 15:51
​Türkiyədə terrorçu PKK-nın daha 42 silahlısı təhlükəsizlik qüvvələrinə təslim olub

Bakı. 26 may. REPORT.AZ/ Türkiyənin Mardin əyalətinin Nusaybin bölgəsində terrorçu PKK qruplaşmasının 10-u qadın olmaqla, 42 silahlısı təhlükəsizlik qüvvələrinə təslim olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, mayın 26-da təslim olan terrorçular arasında yaralılar da var.

Xəbərdə bildirilib ki, Nusaybində antiterror əməliyyatı bu ilin martın 14-dən başlayıb. Həmin tarixdən indiyə qədər bölgədə 437 terrorçu öldürülüb, 400 barrikada yığışdırılıb, 35 xəndək doldurulub, 1024 əldəqayırma partlayıcı aşkarlanaraq məhv edilib.

Qeyd edək ki, mayın 25-də də 26 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olmuşdu. 

Son xəbərlər

Orphus sistemi