​Türkiyədə terrorçu PKK-nın 26 silahlısı hərbçilərə təslim olub

​Türkiyədə terrorçu PKK-nın 26 silahlısı hərbçilərə təslim olub Silahlı Qüvvələrə təslim olacaq terrorçuların sayının artacağı gözlənilir
Region
25 May , 2016 11:02
​Türkiyədə terrorçu PKK-nın 26 silahlısı hərbçilərə təslim olub

Bakı. 25 may. REPORT.AZ/ Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda terrorçu PKK qruplaşmasının 26 silahlısı hərbçilərə təslim olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin Silahlı Qüvvələri Mardində "Atmaca-7 Operasyonu" adı altında antiterror əməliyyatı həyata keçirir.

Nusaybinin Abdulkadir Paşa məhəlləsində mühasirəyə alınan terrorçular təslim olublar.

Xəbərdə bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinə təslim olacaq terrorçuların sayının artacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi