Yuxarı

Türkiyədə terrorçu PKK-nı maliyyələşdirməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Əməliyyat İstanbulun 22 rayonunda 36 ünvanda keçirilib

Bakı. 21 yanvar. REPORT.AZ/ İstanbulda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-ya maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən 20-dən çox şəxs tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat İstanbulun 22 rayonunda 36 ünvanda keçirilib.

Saxlanılan şübhəlilər qumar oyunlarını təşkil edənlərdən, narkotik maddələrin qanunsuz ticarəti, insan alveri, qaçaqmal ticarəti ilə məşğul olanlardan və başqa bu sayaq əməllər törədənlərdən pul toplayaraq, onu terrorçu PKK-ya ötürüblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi