Yuxarı
    Bağlamaq

    Türkiyədə terror törətməyi planlaşdırmaqda şübhəli bilinən İŞİD-in 5 üzvü tutulub

    Onlar kəşfiyyat məlumatları əsasında saxlanılıblar

    Bakı. 14 aprel. REPORT.AZ/ İstanbul polisi terrorçu İŞİD qruplaşmasının 5 üzvünü tutub.

    “Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, onlar aprelin 16-da Türkiyədə keçiriləcək referendum zamanı terrorlar törətməyi planlaşdırmaqda şübhəli bilinirlər.

    Onlar kəşfiyyat məlumatları əsasında tutulublar.

    Qeyd edək ki, aprelin 16-da Türkiyədə konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi