Türkiyədə terror aktından sonra Təhlükəsizlik Şurasının iclası keçirilib

Türkiyədə terror aktından sonra Təhlükəsizlik Şurasının iclası keçirilib İclas qapalı olub və iki saata yaxın davam edib
Region
11 Dekabr , 2016 20:49
Türkiyədə terror aktından sonra Təhlükəsizlik Şurasının iclası keçirilib

Bakı. 11 dekabr. REPORT.AZ/ İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, müşavirə Beşiktaş rayonunun Mabeyn sarayında bağlı qapılar arxasında keçirilib və iki saata yaxın davam edib.

İclasda baş nazir Binəli Yıldırım, onun müavinləri Numan Kurtulmuş və Toğrul Türkeş, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi