Türkiyədə terrorçuların hücumu nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb

Türkiyədə terrorçuların hücumu nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb PKK terrorçuları hərbçilərə əl qumbarası atıblar
Region
4 Oktyabr , 2017 11:08
Türkiyədə terrorçuların hücumu nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda terrorçuların hücumu nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçu PKK qruplaşmasının silahlıları hərbçilərə əl qumbarası atıblar. 

Yaralı hərbçilər xəstəxanaya yerləşdiriliblər.

Hazırda terrorçuların tutulması istiqamətində əməliyyat keçirilir.

Son xəbərlər

Orphus sistemi