Türkiyədə terror aktı törədilib, 1 nəfər şəhid olub, 9 nəfər yaralanıb

Türkiyədə terror aktı törədilib, 1 nəfər şəhid olub, 9 nəfər yaralanıb Yaralıların olduğu bölgəyə çoxlu sayda təcili yardım maşınları cəlb edilib
Region
26 Sentyabr , 2016 11:44
Türkiyədə terror aktı törədilib, 1 nəfər şəhid olub, 9 nəfər yaralanıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Türkiyənin Mardin əyalətində Kızıltepe-Derik avtomobil yolunda törədilən terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin 1 əməkdaşı şəhid olub, 9-u yaralanıb.

"Report" "Milliyyet"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əməkdaşlarının olduğu maşın yoldan keçərkən partlayış baş verib. 

Terrorçular yola döşədikləri əldəqayırma partlayıcını partladıblar. 

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib. Yarlılardan ikisinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi