Türkiyədə terror aktı nəticəsində iki hərbçi şəhid olub

Türkiyədə terror aktı nəticəsində iki hərbçi şəhid olub Terrorçuların zərərsizləşdirilməsi istiqamətində həmin ərazidə antiterror əməliyyatı keçirilir
Region
23 Avqust , 2016 15:51
Türkiyədə terror aktı nəticəsində iki hərbçi şəhid olub

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Uludərə rayonunun Andac kəndində hərbçilərin avtomobilinin keçdiyi yolda törədilən partlayış nəticəsində 2 hərbçi şəhid olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə piyadaların zirehli maşınının keçdiyi yolda əldəqayırma qurğunun partladılması nəticəsində baş verib.

Məlumata görə, terrorçuların zərərsizləşdirilməsi istiqamətində ərazidə antiterror əməliyyatı keçirilir.

Son xəbərlər

Orphus sistemi