​Türkiyədə terror aktı nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb

​Türkiyədə terror aktı nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb Avtomobildə 300 kiloqram partlayıcı maddə olub
Region
2 Aprel , 2016 08:53
​Türkiyədə terror aktı nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Bakı. 2 aprel. REPORT.AZ/ Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində terrorçu PKK qruplaşması silahlılarının hərbi bölməyə partlayıcı yüklənmiş maşınla hücumu nətcəsində bir nəfər həyatını itirib, biri əsgər olmaqla, 11 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb.

Məlumata görə, həyatını itirən hərbi bölmə yaxınlığındakı tikintidə gözətçilik edən suriyalıdır.

Hadisə nəticəsində hərbi bölmə bağçasının divarına, ərazidəki binalara və avtomobil dayanacağındakı maşınlara xəsarət dəyib.

Xəbərdə bildirilib ki, avtomobildə 300 kiloqram partlayıcı maddə olub. 

Son xəbərlər

Orphus sistemi