Yuxarı

Türkiyənin Hakkari vilayətində terror aktı baş verib, 3 əsgər yaralanıb

Yaralılar Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Türkiyədə terror aktı baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Hakkari vilayətində qeydə alınıb. PKK terror təşkilatı üzvlərinin Hakkari-Çukurca magistral yoluna yerləşdirdiyi partlayıcı qurğu içində hərbçilərin olduğu avtomobil ərazidən keçərkən işə düşüb. Nəticədə partlayış baş verib.

Hadisə zamanı 3 əsgər yaralanıb.

Xəsarət alanlar təcili yardım maşınları ilə Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi