Türkiyədə tanınmış ürək cərrahı intihar edib

Türkiyədə tanınmış ürək cərrahı intihar edib O, Türkiyə prezidentlərindən birinin ürək əməliyyatını keçirib
Region
18 Sentyabr , 2017 20:23
Türkiyədə tanınmış ürək cərrahı intihar edib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Türkiyənin tanınmış ürək cərrahı, professor, doktor İlhan Paşaoğlu Ankarada intihar edib.

“Report” "Ulusal Kanal"a istinadən xəbər verir ki, cərrahın meyiti Ankarada, yaşadığı mənzildə aşkarlanıb.

O, sentyabrın 18-də dəfn edilib. 

Tanınmış cərrahın ölümü ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Qeyd edək ki, İlhan Paşaoğlu Türkiyənin 10-cu prezidenti Ahmet Necdet Sezerin də ürəyinidə cərrahiyyə əməliyyatı keçirib.

Son xəbərlər

Orphus sistemi