Yuxarı
    Bağlamaq

    ​Türkiyədə tanınmış kürdün nəvəsi terrorçulara yardım etdiyi üçün tutulub

    Onlara qarşı terror qruplaşmasına üzv olmaq, terrorçulara yardım və himayə etmək maddəsi ilə ittiham irəli sürülüb

    Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə əleyhinə işlədiyi üçün siyasi fəaliyyəti qadağan edilən, kürd etnik qrupuna mənsub, Mardin əyaləti bələdiyyəsinin sədri Əhməd Türkün nəvəsi Heja Türk terrorçuluqda şübhəli bilinərək saxlanılıb.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Məlumata görə, o, Sinəm Oğuz adlı terrorçu qadınla birlikdə Türkiyənin Diyarbəkir şəhərində də Ankaradakı hücumla eyni vaxtda terror hadisəsi törətmək istəyirmiş. Ancaq Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşları bu faciənin baş verməsinin qarşısını alıb.

    Heja Türklə birlikdə daha 5 nəfərə qarşı "terror qruplaşmasına üzv olmaq, terrorçulara yardım və himayə etmək" maddəsi ilə ittiham irəli sürülüb. Şübhəlilərin hamısı həbs edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi