Yuxarı
    Bağlamaq

    Türkiyədə stadion yaxınlığında törədilən terror aktının təşkilatçısı həbs edilib

    Ölkənin dörd vilayətində keçirilən əməliyyat zamanı PKK terror təşkilatının 44 üzvü saxlanılıb

    Bakı. 13 iyul. REPORT.AZ/ Türkiyə təhlükəsizlik qüvvələri ölkənin dörd vilayətində keçirilən əməliyyat zamanı PKK terror təşkilatının 44 üzvünü saxlayıb. Saxlanılanlar arasında 2016-cı ilin dekabrında İstanbulda "Vodafone Arena" stadionu yaxınlığında törədilmiş terror aktının təşkilatçısı da var.

    "Report" xəbər verir ki, bu barədə İstanbul valisi Vasip Şahin "CNN Turk" telekanalının efirində bildirib.

    Xatırladaq ki, 2016-cı ilin dekabr ayında "Beşiktaş" və "Bursaspor" komandaları arasındakı futbol matçının bitməsindən saat yarım sonra oyunun keçirildiyin "Vodafone Arena" yaxınlığında bomba yüklü avtomobil partlayıb.

    İkiqat bombalı hücum nəticəsində 44 nəfər, o cümlədən 38 polis əməkdaşı həlak olub.

    Hücuma görə məsuliyyəti üzərinə "Kürdüstan azadlıq quzğunları" kürd radikal qruplaşması götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi