Türkiyədə sosial şəbəkə əməliyyatı: tutulanlar var

Türkiyədə sosial şəbəkə əməliyyatı: tutulanlar var Mikrobloq istifadəçiləri türkiyə prezidenti və nazirləri haqqında təhqir məzmunlu ifadələr yazıblar
Region
14 Mart , 2015 16:17
Türkiyədə sosial şəbəkə əməliyyatı: tutulanlar var

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyədə "twitter" sosial şəbəkəsində prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, nazirlər və kəşfiyyat idarəsinin (MİT) rəhbərini təhqir edən istifadəçilərə qarşı əməliyyat həyata keçirilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, "twitter" mikrobloqu vasitəsilə bəzi hesablardan R.T.Ərdoğan, Ə.Davudoğlu və bir sıra nazirlərin ünvanına təhqir məzmunlu mesajlar və postlar yazılması səbəbi ilə istintaq başladılıb.

İstintaqın gedişatında "kaan_kursat" adlı istifadəçi nəzarətə götürülüb. Bu istifadəçi yanvarın 1 və 7-də digər hesablara "Bu qədər iddialıyam, artıq sizi "twitter"in qurucusu da tapa bilməz" və "VPN ya da Tor istifadə etsəniz belə, heç kim yerinizi müəyyən edə bilməz, rahat olun, halal olsun dostlar" şəklində postlar yazaraq digər istifadəçiləri istiqamətləndirdiyi müəyyən olunub.

İstanbul Prokurorluğu şəxsiyyətləri təyin olunan istifadəçilərin nəzarətə alınmasını və istifadə etdikləri cihazların araşdırılmasını tələb edib. Bununla da polis "kaan_kursat" hesabının istifadəçisi Vəli H.K.-ya aid iki fərqli "twitter" hesabına sahib Serpil İ. və Serap K. istintaqa cəlb olunaraq saxlanılıb. Polis şöbəsində sorğulanan şübhəlilər ədliyyəyə göndərilib.

Son xəbərlər

Orphus sistemi