​Türkiyədə səsvermə bitənə qədər seçki haqda xəbərlərin yayılmasına qadağa qoyulub

​Türkiyədə səsvermə bitənə qədər seçki haqda xəbərlərin yayılmasına qadağa qoyulub 54 milyondan çox seçici 26-cı çağırış parlament üzvlərini seçmək üçün noyabrın 1-də səs verəcək
Region
31 Oktyabr , 2015 17:59
​Türkiyədə səsvermə bitənə qədər seçki haqda xəbərlərin yayılmasına qadağa qoyulub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Sabah, noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçkilər keçiriləcək.  

"Report" xəbər verir ki, noyabrın 1-də Türkiyədə baş tutacaq seçkidə 54 milyon 49 min 940 seçici səs verəcək. Bu məqsədlə ölkənin cəzaçəkmə müəssisələrində qurulan 358 məntəqə də daxil olmaqla, ümumillikdə, 175 min 6 məntəqədə səs veriləcək.

Seçkidə 16 siyasi partiyanın təmsilçiləri mübarizə aparacaq. Həmçinin, deputatlığa namizədliyini müstəqil şəkildə irəli sürmüş 21 nəfər seçkidə iştirak edir.  

Səsvermə 08:00-da başlayacaq və 17:00-dək davam edəcək.  

Ölkədən kənarda yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başa çatıb. Xarici ölkələrdə yaşayan seçicilər üçün 54 ölkə, 113 təmsilçilkdə seçki məntəqələri təşkil olunub. 

Seçkilər üçün 75 milyon 288 min 955 seçki bülleteni çap olunub.

Qeyd edək ki, Türkiyədə namizədlərin təbliğat kampaniyası bu gün saat 18:00-da başa çatır.

Səsvermə günü saat 06:00-dan 24:00-dək alkoqollu içki satılmayacaq. İçki içilən yerlərdə içki verilməsi və satılması qadağandır. Səsvermə müddətində əyləncə yerləri bağlı olacaq. Əyləncə yerlərində, kafe və restoranlarda yalnız yemək veriləcək.

Təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələrindən başqa heç kimdə silah olmayacaq.

Radio və bütün yayım qurumlarında səsvermə bitənə qədər seçkinin nəticələri ilə bağlı xəbər, ehtimal və mülahizə verilməsi qadağan olunub.

KİV seçki ilə bağlı ancaq saat 21:00-dan sonra sərbəst xəbər yayımlaya biləcək.

Son xəbərlər

Orphus sistemi